"Keşlə"dən uğursuz yubiley

"Keşlə"dən uğursuz yubiley
XƏBƏR 18 Dekabr 2018 / 11:30 802
-  A +

“Keşlə” Azərbaycan kubokunda 25-ci məğlubiyyətini alıb.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu uğursuz yubiley 1/4 final mərhələsinin “Qarabağ”la ilk oyununda gerçəkləşib.
 
Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında çıxış etmiş paytaxt təmsilçisi kubokda 96-cı oyununda 25-ci yenilgisini alıb. Hesabında 49 qələbə olan “Keşlə” 50-ci uğurunu cavab qarşılaşmasında əldə etməyə çalışacaq. Hesabında 22 heç-heçə də olan bakılılar 158 qol vurub və 95-ni buraxıb. “Keşlə”nin 25 məğlubiyyətindən 8-i evdə, 14-ü səfərdə, 3-ü neytral meydanda qeydə alınıb.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord