"Mançester Siti" İsko üçün danışıqlara başladı

"Mançester Siti" İsko üçün danışıqlara başladı
ÖLKƏ FUTBOLU 18 Dekabr 2018 / 01:21 2157
-  A +

"Mançester Siti" "Real"ın futbolçusu İskonu transfer etmək istəyir.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, İngiltərə klubunun nümayəndələri 26 yaşlı yarımmüdafiəçinin meneceri ilə danışıqlara başlayıb və ispan oyunçu ilə  maraqlandıqlarını bildiriblər.

"Real"ın İskonu 100 milyon avroya sata biləcəyi iddia olunub.

Qeyd edək ki, İsko bu mövsüm ölkə çempionatında 11 matçda 1 qol vurub, 2 qolun ötürməsini verib.

Daha çox


Son xəbərlər