"Barselona"da ciddi itki – 4 həftə oynamayacaq

"Barselona"da ciddi itki – 4 həftə oynamayacaq
XƏBƏR 17 Dekabr 2018 / 19:01 2409
-  A +

“Barselona” ciddi itki ilə üzləşib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komandanın əsas müdafiəçilərindən Tomas Vermalen zədələnib. La Liqanın 16-cı turunun “Levante” ilə matçında (5:0) sağ ayağında ağrı hiss etdiyi üçün 52-ci dəqiqədə əvəzlənən belçikalı futbolçu tibbi mayinədən keçib. 33 yaşlı oyunçunun əzələsində yırtıq aşkarlanıb.

Vermalenin zədə səbəbindən təxminən 4 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib.


Son xəbərlər