"Qarabağ" Reynaldonun qarşısına şərt qoyur

"Qarabağ" Reynaldonun qarşısına şərt qoyur
ÖLKƏ FUTBOLU 17 Dekabr 2018 / 17:03 8715
-  A +

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Reynaldo Silvanın Ağdam klubuna dönüşü haqda danışıb.

Qol.az-ın xəbərinə görə, o, jurnalistlərə açıqlamasında braziliyalı hücumçunun sabah tibbi müayinədən keçəcəyini bildirib. Qurbanov Reynaldonun müqaviləsində xüsusi şərt qoyulacağını da əlavə edib:

"O, artıq Bakıdadır. Sabah tibbi müayinədən keçəcək. Hər şey yaxşı olarsa, müqavilə imzalanacaq. Buradan gedişindən əvvəl son zamanlar əyləncəyə meyilli olmuşdu. Onunla bu barədə söhbətimiz olacaq. Hətta müqaviləsinə şərt salınacaq".

Xatırladaq ki, 2013-2016-cı illərdə Ağdam klubunda çıxış edən Reyanldo 89 oyunda 47 qol vurub.

Daha çox


Son xəbərlər