"Daha bahalı təkliflər olsa..." - "Neftçi"nin legioneri

"Daha bahalı təkliflər olsa..." -  "Neftçi"nin legioneri
ÖLKƏ FUTBOLU 17 Dekabr 2018 / 13:10 3855
-  A +

“Bu mövsüm öz çıxışımdan və yeni komandamdakı vəziyyətimdən razıyam”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin xorvatiyalı müdafiəçisi Slavko Braliç ölkəsinin mətbuatına açıqlamasında deyib.

Mövsümün əvvəlində “Şiroki Bryeq”dən “ağ-qaralar”a keçən 26 yaşlı futbolçu Azərbaycan Premyer Liqası ilə Bosniya və Herseqovina çempionatını müqayisə edib: “Çempionatda klub sayı az olsa da, infrastruktur və iş şəraiti olduqca yüksəkdir. Süni örtüklü meydançalardan başqa, digər stadionlar ideal vəziyyətdədir. Premyer Liqanın səviyyəsi yüksəlir. Əcnəbi futbolçuları cəlb etmək üçün xeyli sərmayə qoyulur. Bosniya və Herseqovina çempionatı ilə müqayisədə fərq böyükdür. Çünki orada hansı şərtlərdə məşq edib, oynadığımızı yaxşı bilirəm. Amma Bosniya çempionatında bir çox futbolçu var ki, burada oynaya və öz keyfiyyətlərini göstərə bilər”.

“Neftçi”nin fasiləyə qədərki çıxışını dəyərləndirən Braliç ikinci dövrədə işlərinin daha çətin olacağını bildirib: “Komanda yeni qurulmasına baxmayaraq, mövsümün ilk yarısını yüksək səviyyədə keçirdik. Fasilədən sonra hər şey daha çətin olacaq. Çünki “Qarabağ” uzun illərdir ölkə çempionatında hegemonluq edir. Amma bizim də yaxşı şansımız var”.

“Neftçi”dəki gələcəyinə də toxunan müdafiəçi daha yaxşı təklif alacağı halda komandadan ayrıla biləcəyini də istisna etməyib: “Hər zaman hər şey ola bilər. “Neftçi” ilə 1 illik müqavilə bağlamışam və mövsümün ilk hissəsini yaxşı keçirmişəm. Ona görə də karyeram üçün daha yaxşısına ümid edirəm. Bundan daha real və daha bahalı təkliflər olsa, baxacağam”.

Braliç sabiq komandası “Şiroki Bryeq” haqda da danışıb: “Əlbəttə, hər zaman “Şiroki Bryeq”i izləyirəm. Vaxtım olanda oyunlarına da baxıram. Yeni komandadır, yeni baş məşqçisi var. Göstərdikləri oyun xoşuma gəlir. Əminəm ki, mövsümün ikinci yarısında daha yaxşı oyanayacaqlar”.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı