Messidən het-trik, "Barselona"dan darmadağın

Messidən het-trik, "Barselona"dan darmadağın
DÜNYA FUTBOLU 17 Dekabr 2018 / 02:01 3977
-  A +

İspaniya La Liqasında 16-cı turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, ikinci oyun günündə daha 4 qarşılaşma keçirilib. "Sevilya" evdə "Jirona"nı (2:0), "Betis" isə səfərdə "Espanyol"u (3:1) məğlub edib. "Hueska" - "Vilyarreal" matçında qalib müəyyənləşməyib - 2:2.

Gecənin son oyununda isə "Barselona" səfərdə "Levante"ni 5 cavabsız qolla məğlub edib. Görüşdə hesabı 35-ci dəqiqədə Luis Suares açıb. Kataloniyalıların heyətində 2, 3 və 4-cü qolları Lionel Messi vurub. Het-trik edən argentinalı hücumçu 43, 47 və 60-cı dəqiqələrdə fərqlənib. Qarşılaşmada son nöqtəni isə 88-ci dəqiqədə Jerar Pike qoyub.

Tura bu gün yekun vurulacaq.

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 34-ə yüksəldən "Barselona" zirvədəki yerini qoruyub. 3 xal az toplayan "Sevilya" 2-ci, 31 xalı olan "Atletiko" 3-cüdür. Dördüncü sırada isə 29 xalla "Real" qərarlaşıb.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord