"Çətin oyun oldu. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Növbəti qələbəmizi qazandıq. Cavab oyununa da eyni istəklə çıxmalıyıq".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Donald Gerye ölkə kubokunun 1/4 final mərhələsinin "Keşlə" ilə ilk oyunundan sonra jurnalistlərə açıqlamasında deyib. 1:0 hesablı qələbəni şərh edən haitili oyunçu daha sonra sualları cavablandırıb.
"Rəqibin meydançası yaxşı vəziyyətdə deyil, orada oynamaq çətindir. İstənilən halda, müsbət nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
- Ötən il 1/4 final mərhələsində "Sumqayıt" səddini keçə bilməmişdiniz. Eyni ssenarinin təkrarlanmasından qorxmursunuz?
- Əlbəttə, həmin oyunlarda iştirak etmişəm və məğlub olduğumuzu xatırlayıram. Artıq həmin oyunlar keçmişdə qalıb. Keçmiş insana çox şey öyrədir. İndiki vəziyyət tamam başqadır. Meydana əlimizdən gələni etmək və qələbə qazanmaq üçün çıxacağıq.
- Çempionat oyununda "Keşlə" üzərində böyükhesablı qələbə qazanmışdınız. Bu gün eyni nəticəni təkrarlaya bilməməyinizin səbəbi nədir?
- Çempionatda böyük fərqlə qalib gəlmişdik. "Keşlə"nin də komanda olduğunu nəzərə almaq lazımdır. Bir dəfə sizi döyürlər, ikinci dəfə müdafiə olunmaq məcburiyyətində qalırsınız. Eyni vəziyyətdir. Əsas olan qələbə qazanmaqdır. Artıq cavab oyununa hazırlaşmalıyıq.
- Fasilə ərəfəsində necə istirahət etməyi düşünürsən?
- Hər kəsin istirahətə ehtiyacı var, həmçinin də futbolçuların. Əfsuslar olsun ki, ildə bir dəfə ailəmi görmək imkanım olur. Düzdür, milli komandanın oyunlarına görə Haitiyə getmişdim, lakin ailəmi görə bilmədim. Çünki onlar paytaxtdan kənarda yaşayırlar. Mənim üçün ailəm çox önəmlidir. Mənə elə gəlir ki, siz də belə düşünürsünüz. Təbii ki, fasiləyə çıxmağı düşünürük, ancaq sonuncu oyundan sonra buna daha çox diqqət ayıracağıq.
"Roma"nın Lukaku qərarı
"Yuventus"a Ronaldo şoku
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın
"İmişli" xal itirdi, liderdən qələbə
"Arsenal"ı nokaut etmək gözəl idi"
Ayşən Abduləzimova Macarıstan çempionu oldu
Arda Güler "Sevilya"ya rədd cavabı verdi
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik
Bellinqem: "Oyunun sonunda ayaqlarım ölmüşdü"
Tovuz ilk dəfə avrokubok oyununu qəbul edə bilər
Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar
Arteta: "Çempionlar Liqasında oynamağı öyrənməliyik"
"Narazılıq olub, təhqir olmayıb"
Noyerdən yeni rekord
AFFA-dan hakimi təhqir edən futbolçuya cəza
"Qəbələ"nin meneceri cəzalandırıldı
AFFA-dan cəza və cərimələr
"Roma" De Rossi ilə bağlı qərarı rəsmən açıqladı
Ançelotti: "Mərhələ adlayacağımıza əmin idik"
Azərbaycan U-17 millisi İnkişaf turnirində iştirak edəcək
Avrokubokun oyunları bu kanallarda