Nazarov oynadı, komandası xal itirdi

Nazarov oynadı, komandası xal itirdi
XƏBƏR 16 Dekabr 2018 / 19:10 1209
-  A +

Almaniya 2-ci bundesliqasında 17-ci turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi "Erzgebirge" klubu bu tur evdə "Darmştadt"la qarşılaşıb. Oyuna ehtiyatdan başlayan Nazarov 57-ci dəqiqədə hesab 1:0 olarkən meydana daxil olub. 7 dəqiqə sonra Aue təmsilçisi hesab arasındakı fərqi 2 topa çatdırsa da, üstünlüyü qoruya bilməyib. Görüş 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, ehtiyatında 19 xalı olan "Erzgebirge" 12-ci pillədə qərarlaşıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı