75-ci oyun, 40-cı qələbə

75-ci oyun, 40-cı qələbə
XƏBƏR 16 Dekabr 2018 / 15:04 1204
-  A +

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Səbail”lə ilk oyunu “Zirə”nin tarixində 75-ci ev matçı olub.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, öz meydanında 53 Premyer Liqa, 15 1-ci divizion və 2 UEFA Avropa Liqası oyununa çıxan “qartallar” Azərbaycan kubokunda 5-ci dəfə rəqibini qəbul edib.

75-ci oyun, 40-cı qələbə ilə də əlamətdar olub. Bu qarşılaşmayadək, evdə 39 dəfə qalib gələn “Zirə” 1:0 hesablı qələbə ilə “40”a çatıb. Bunlardan 27-si Premyer Liqa, 9-u 1-ci divizion, 3-ü Azərbaycan kuboku, 1-i UEFA Avropa Liqasına təsadüf edib.


Son xəbərlər