Ronaldo 5000-ci qolu vurdu

Ronaldo 5000-ci qolu vurdu
DÜNYA FUTBOLU 16 Dekabr 2018 / 12:17 4238
-  A +

İtaliya A Seriyasının 16-cı turunda “Torino” ilə keçirilən görüş “Yuventus” üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, Turin derbisinin qalibi olan “qoca sinyora” bu oyunda A  Seriyasında 5000-ci qolunu vurub.

Yubiley qoluna 70-ci dəqiqədə penaltidən Kriştiano Ronaldo imza atıb.

Xatırladaq ki, görüş "Yuventus"un 1:0 hesablı qələbəsi ilə başa çatıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın