U-19 millimizdə yeni legioner

U-19 millimizdə yeni legioner
XƏBƏR 16 Dekabr 2018 / 00:41 2793
-  A +

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı davam edir.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, hazırlıq prosesinə daha bir oyunçu dəvət olunub. Belə ki, Rusiyanın “Sokol” klubunda çıxış edən Vəli Məmmədov yığmamızın heyətinə qoşulub.

Qeyd edək ki, Vüqar Məmmədin rəhbərliyi altında davam edən toplanış dekabrın 19-da sona çatacaq.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki