"Arxayınlaşsaq, bunun cəzasını alacağıq" - Ayxan Abbasov

"Arxayınlaşsaq, bunun cəzasını alacağıq" -  Ayxan Abbasov
ÖLKƏ FUTBOLU 15 Dekabr 2018 / 21:43 2607
-  A +

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Neftçi"yə 2:0 hesablı qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Kubok oyunu idi, səfərdə çıxış edirdik. Rəqib çempionatın lideri idi və vaxtımız az idi. “Neftçi”nin gücü bəllidir. Bəli, bir neçə gün əvvəl onlarla oynamağımız bizim xeyrimizə oldu. Dabo kimi oyunçuları da meydanda idi. Cavab oyununda da vuruşacağıq. İki futbolçumuz zədə aldı. Onların yerini dolduracaq gənclərimiz var. Bu gün 1998 doğumlu futbolçular çıxış etdi. “Neftçi”ni keçə bilsək, bu, Sumqayıt futbolu üçün böyük uğur olar.

- Cavab oyununda futbolçuları bu ab-havada saxlamaq çətin olmayacaq?

- Futbolçulara da paltardəyişmə otağında ilk bunu tövsiyə etdim. Təcrübəli oyunçularımız var. Bu ab-havanı onlar saxlayacaq. Arxayınlaşsaq, bunun cəzasını alacağıq. Çünki son illər göstərir ki, bu hesab elə də böyük fərq deyil.

- Ardıcıl 12 oyun qol vuran "Neftçi"nin hücumunu dayandırmağın sirri nədədir?

- Elə bir sirri yoxdur. Ustalıq cəhətdən rəqibdən geri qala bilərik. Ancaq əzmkarlıq göstərərək, qapının toxunulmazlığını qoruya bildilər. Hətta bunun fonunda da rəqib qol vəziyyətləri yarada bildi. Cavab görüşündə də bu üstünlüyü qorumağa çalışacağıq.

Daha çox


Son xəbərlər