"Sanki uduzmuşuq, məğlub əhval-ruhiyyəsi var" - Samir Abasov

"Sanki uduzmuşuq, məğlub əhval-ruhiyyəsi var" - Samir Abasov
ÖLKƏ FUTBOLU 15 Dekabr 2018 / 20:38 3139
-  A +

"İndi bizim üçün ən vacib olan şey sakitləşməkdir. Çünki qalib gəlsək də, paltardəyişmə otağında təəssüf var. Sanki uduzmuşuq, məğlub əhval-ruhiyyəsi var. Düşdüyümüz təzyiqdən çıxa, qol imkanlarını, penaltini dəyərləndirə bilmirik. İkinci matça ciddi hazılaşmalıyıq. İndi vəziyyətimiz ürəkaçan deyil. Yaxşı dincəlib çempionata hazırlaşmalıyıq. Əfsuslar olsun ki, çox xal yığa bilməmişik. Ancaq əlimizi yana salmırıq. Səfərdəki cavab matçında bizi daha çətin oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, mərhələni keçən tərəf biz olaq".

Qol.az-ın məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 1/4 finalında "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, penaltini niyə Mirsahib Abbasov vurduğu barədə sualı belə cavablandırıb:

" Futbolda ştatlı penalti vuran deyə bir şey yoxdur. Bizdə 11 metrlik cərimə zərbəsini Pərdis Fərcad-Azad vurur. Ancaq o, həmin anda ehtiyatda idi. Mirsahib topu çox inamlı şəkildə götürərək zərbəni vurmaq istədi. Bu, futbolçu üçün yaxşı haldır. Lakin kim təminat verə bilər ki, digər futbolçu penaltini dəqiq vura biləcəkdi?".

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord