UEFA “Arsenal” – “Qarabağ” oyunu ilə bağlı iş açdı

UEFA “Arsenal” – “Qarabağ” oyunu ilə bağlı iş açdı
XƏBƏR 15 Dekabr 2018 / 00:20 6402
-  A +

UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda keçirilən “Arsenal” – “Qarabağ” oyunu (1:0) ilə bağlı intizam işi açıb.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Londonda keçirilən matçın sonlarında meydana əlində Dağlıq Qarabağın separatçı rejiminin “bayrağı” ilə daxil olan erməni azarkeşin hərəkəti ilə bağlı tədbir görüləcək. Meydan sahiblərinin buna görə cəzalanacağı gözlənilir.

UEFA həm də matçın gec başlaması ilə bağlı araşdırma aparacaq.

Hər iki məsələ ilə bağlı UEFA-nın 2019-cu il fevralın 21-da keçiriləcək iclasında qərar veriləcək.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı