Avroliqada bu həftənin ən yaxşı oyunçusu

Avroliqada bu həftənin ən yaxşı oyunçusu
DÜNYA FUTBOLU 14 Dekabr 2018 / 19:27 1902
-  A +

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az-ın məlumatına görə, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, "Renn"in hücumçusu İsmaila Sarr ən yaxşı oyunçu seçilib. O, səsvermədə Vissam Ben Yedder ("Sevilya"), Dominik Kor ("Bayer") və “Sander Berqedi ("Genk") qabaqlayıb.

Qeyd edək ki, İ.Sarr millimizin üzvü Riçard Almeydanın şərəfini qoruduğu "Astana"ya qalib gəldikləri matçda (2:1) komandasının  hər iki qolunun müəllifi olub.

 


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq