"Sabah" da Türkiyəyə gedir

"Sabah" da Türkiyəyə gedir
ÖLKƏ FUTBOLU 14 Dekabr 2018 / 15:17 1118
-  A +

“Sabah”ın qış fasiləsindəki hazırlıq planı bəlli olub.

Qol.az-ın klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, komanda mövsümün ikinci yarısına Türkiyədə hazırlaşacaq.

Qonşu ölkədəki təlim-məşq toplanışı yanvarın 2-dən 23-dək davam edəcək. Antalya şəhərinin Lara bölgəsindəki “Titanik” otelində məskunlaşacaq Premyer Liqamızın debütantı, burda olduğu müddətdə 4 yoxlama görüşündə qüvvəsini sınayacaq. Oyunlar yanvarın 12-də, 16-da, 19-da və 22-də keçiriləcək. Rəqiblər barədə hələlik məlumat verilməyib.

Daha çox


Son xəbərlər