"Dəli"nin 28-ci klubu

"Dəli"nin 28-ci klubu
DÜNYA FUTBOLU 14 Dekabr 2018 / 13:52 4354
-  A +

Uruqvay millisinin sabiq futbolçusu Sebastyan Abreu Braziliyanın  "Rio Branko" klubuna transfer olunub.

Qol.az-ın xəbərinə görə, bununla da  42 yaşlı hücumçu karyerasında 27-ci fərqli klubda çıxış edəcək.  “Dəli” ləqəbli S.Abreu bu göstəricidə özünün dünya rekordunu yeniləyib. 

Abreu ötən il alman qapıçı Luts Fannenstieli (25 klub) geridə qoyarak rekorda imza atmışdı.

Qeyd edək ki, Sebastian Abreu 1996-2012-ci illərdə Uruqvay millisinin heyətində 70 oyun keçirib və 26 qol vurub.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi