Azərbaycan mövsümü neçənci yerdə bitirdi? - UEFA-nın reytinqi

Azərbaycan mövsümü neçənci yerdə bitirdi? -  UEFA-nın reytinqi
ÖLKƏ FUTBOLU 14 Dekabr 2018 / 10:26 2534
-  A +

Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda keçirilən oyunlardan sonra UEFA reytinqi açıqlanıb.

Qol.az-ın məlumatına görə, oynanılan matçlardan sonra  ölkəmizin  mövqeyi dəyişməyib. Azərbaycan 2018-2019 mövsümünü UEFA-nın klub reytinqində 19.000 xalla 26-cı pillədə başa vurub. Təmsilçimiz "Qarabağ" "Arsenal"a uduzduğu (0:1) üçün xal ehtiyatımız artmayıb.

Azərbaycandan 1 pillə irəlidə olan Polşanın 19.250 xalı var.

Azərbaycan kimi Kipr, Danimarka, Norveç, Qazaxıstan, Bolqarıstan, Slovakiya, Macarıstan, Lüksemburq üçün də Avropa Liqasının dünənki oyunları ilə mövsüm başa çatıb. Yalnız 19 ölkənin təmsilçiləri 2019-cu ildə avrokubok mübarizəsini davam etdirəcək. Onların hamısı Azərbaycandan öndə qərarlaşıb. Buna görə də ölkəmizin mövqeyinin mövsümün sonunda da dəyişməz qalacağı dəqiqləşib.

Qeyd edək ki, siyahıda İspaniya başçılıq edir. İngiltərə 2-ci, İtaliya 3-cüdür.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı