Rusiyada ilin ən yaxşı futbolçusu müəyyənləşdi

Rusiyada ilin ən yaxşı futbolçusu müəyyənləşdi
XƏBƏR 13 Dekabr 2018 / 18:39 2306
-  A +

Rusiya Futbol Federasiyası 2018-ci ildə ölkənin ən yaxşı futbolçusunun adını açıqlayıb.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu ada milli komanda və "Zenit"in hücumçusu Artyom Dzyuba layiq görülüb. Məşqçilər, top-menecerlər, veteranlar və jurnalistlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, İqor Akinfeyev (SSKA, Moskva) 2-ci, Mario Fernandes (SSKA, Moskva) 3-cü, Roman Zobnin ("Spartak", Moskva) 4-cü, Denis Çerışev ("Valensiya) isə 5-ci olublar.

Qeyd edək ki, Rusiyada 2016-cı ildə Fyodor Smolov, növbəti il isə Kvinsi Promes ən yaxşı adına layiq görülmüşdü.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord