"Neftçi" ilə çempionat oyunundan sonra dabanımda ağrılar var. Ayağımı yerə basa bilmirəm".
Bu sözləri Qol.az-a açıqlamasında "Sumqayıt"ın yarımmüdafiəçisi Əfran İsmayılov deyib. Topaz Premyer Liqanın 14-cü turunun "Neftçi" ilə oyununda zədə alan futbolçu bu səbəbdən komandasının eyni rəqiblə ölkə kubokunun 1/4 finalında keçirəcəyi matçın hazırlığında iştirak etməyib. Əfranın sözlərinə görə, "ağ-qaralar"a qarşı oynayıb-oynamayacağı bu gün bilinəcək:
"Zədəmi maksimum dərəcədə tez sağaldıb, kubok oyununda meydana çıxmaq istəyirəm. Müalicə davam edir. Matça kimi hazır ola da bilərəm, olmaya da. Bu gün oynayıb-oynamayacağımla bağlı yekun qərar veriləcək. Hər şey son vəziyyətimdən asılı olacaq".
Kubok matçı ilə bağlı fikirlərini açıqlayan yarımmüdafiəçi "Neftçi" bu oyuna daha məsuliyyətli yanaşacağını söyləyib: "Bizi çox ağır oyun gözləyir. "Neftçi" həm çempionluğa, həm də kuboku qazanmağa namizəd komandalardan biridir. Ola bilsin, çempionat oyunundakı heç-heçədən nəticə çıxarıb, daha məsuliyyətli və ciddi yanaşacaqlar. Amma biz də əlimizi yanımıza salmamışıq. Bilirik ki, iki oyundan ibarətdir. Baş məşqçinin verdiyi tapşırıqları tam olaraq yerinə yetirə bilsək, turu keçə bilərik".
Əfran çempionatının son turunda "Neftçi"yə qarşı 7 müdafiəçi ilə oynamaları məsələsinə də toxunub: "Neftçi"yə qarşı 7 yox, 5 müdafiəçi ilə oynadıq. Sonlara yaxın gördük ki, rəqib topu ancaq qabağa vurur. Bundan sonra çalışdıq ki, müdafiəya daha çox üstünlük verək. Ona görə də ucaboylu müdafiəçilərimiz meydana daxil oldu. Özünüz də gördünüz ki, əvəzetmələr işə yaradı. Dəyişiklikdən sonra rəqib cəmi 2-3 epizod yarada bildi. Ümumiyyətlə, biz heç vaxt 7 müdafiəçi ilə oynamamışıq".
Qeyd edək ki, komandalar arasında kubokun ilk oyunu dekabrın 15-də "Bakcell Arena"da, cavab matçı isə 4 gün sonra Sumqayıtda olacaq.
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi
"İnter"in yeni mövsüm üçün 2 transferi hazırdır
UEFA Avro-2024 üçün iştirak ərizəsi ilə bağlı qərar verdi
"Komandaya kömək üçün əlimdən gələni edəcəyəm" - Kadi
"Bavariya" Ranqniklə danışıqları bərpa etdi
Unai Emeri ilə yeni müqavilə imzalandı
Xavi "Barselona"da qalmağa yaxındır
Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək
Avro-2024-ün oyunlarını onlar idarə edəcəklər - Siyahı
Aydın finala çıxdı
Şeydayevin qol imkanları... - Video
"Milan" Piolini istefaya göndərir
Mourinyo: "Məni hələ uzun məşqçilik karyeram gözləyir"
Bu mövsümün sonunda "Çelsi"dən ayrılacaq
Azərbaycan şahmatçısından maksimum nəticə
Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir