"Çempionlar Liqasının çox gözəl hissəsi başlayır" - Ronaldo

"Çempionlar Liqasının çox gözəl hissəsi başlayır" - Ronaldo
DÜNYA FUTBOLU 13 Dekabr 2018 / 15:03 2671
-  A +

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Yanq Boyz"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bildirib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, komandası 1/8 finala yüksələn portuqaliyalı hücumçu deyib:  "İndi Çempionlar Liqasının çox gözəl hissəsi başlayır. Biz buna tam hazır olacağıq. Mən sakitəm, çünki bu komandanın və özümün potensialını bilirəm."Yanq Boyz"la oyuna gəlincə, asanlıqla bir neçə qol vura bilərdim. Amma bu futboldur. İndi biz növbəti matça köklənməliyik".

Qeyd edək ki, "Yuventus" H qrupunu 12 xalla 1-ci pillədə başa vurub.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı