Ən çox qol vuran və ən az qol buraxan komanda – Çempionlar Liqası

Ən çox qol vuran və ən az qol buraxan komanda –  Çempionlar Liqası
DÜNYA FUTBOLU 13 Dekabr 2018 / 14:25 6874
-  A +

Çempionlar Liqasının qrup mərhələsində ən çox qol vuran komanda PSJ, ən az top buraxan isə Dortmund “Borussiya”sı olub.

Qol.az-ın xəbərinə görə, C qrupundan lider olaraq növbəti mərhələyə yüksələn Paris klubu 17 qol vuraraq bu göstəricidə birincidir.  “Borussiya” isə qapısında sadəcə 2 qol görərək ən az qol buraxan komanda olub.

Ən çox qol vuran komandalar:

1) PSJ (Fransa) – 17 qol
2) “Mançester Siti”(İngiltərə) – 16 qol
3) “Bavariya” (Almaniya)  – 15 qol
4) “Porto” (Portuqaliya) – 15 qol
5) “Barselona” (İspaniya) – 14 qol

Ən az qol buraxanlar:

1) “Borussiya” (Almaniya) – 2 qol
2) “Mançester Yunayted” (İngiltərə) – 4 qol
3) “Yuventus” (İtaliya) – 4 qol
4) “Şalke” (Almaniya) – 4 qol

Bundan əlavə, “Srvena Zvezda” 17 qolla ən çox top buraxan komanda olub.

Bu mövsüm ümumilikdə, bütün qrup oyunlarında 275 qol vurulub. Bu qolların 8-nin müəllifi olan “Bavariya”nın futbolçusu Robert Levandovski bombardirlər siyahsında birincidir. İkinci pilləni rəqib qapılarından 6 top keçirən “Barselona”nın futbolçusu Lionel Messi tutur. PSJ-dən Neymar, “Roma”dan Edin Ceko, “Yuventus”dan Paulo Dibala, “Porto”dan Musa Mareqa, “Ayaks”dan Dusan Tadiç və “Hoffenaym”dan Andrey Kramariç hərəyə 5 qol vuraraq siyahıda 3-8 yerləri bölüşür.

Əlavə edək ki, buna qədər qrup matçlarında ən çox qol rekordu ötən mövsüm qırılıb. 32 komandanın mübarizə apardığı bu mərhələdə 306 qol vurulmuşdu.

Bu mövsüm hələlik ən məhsuldar hesab C qrupunun 2-ci turunda PSJ və “Srvena Zvezda” klubları arasındakı oyunda qeydə alınıb. Parislilər 6:1 hesabı ilə qalib gəlib. F qrupunun 4-cü turunda keçirilən “Mançester Siti” “Şaxtyor” oyunu (6:0) isə qrup mərhələsinin ən böyükhesablı qalibiyyəti olub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın