Qardaşı Qurban Qurbanovun istefaya göndərilməsi haqda

Qardaşı Qurban Qurbanovun istefaya göndərilməsi haqda
XƏBƏR 13 Dekabr 2018 / 13:56 5021
-  A +

"Qurbanın qardaşı olduğum üçün mən burada maraqlı tərəf sayılıram. Buna görə də onun milli komandadan ayrılmasına münasibət bildirməyim etik cəhətdən düzgün çıxmaz".

Bu sözləri Qol.az-a açıqlamasında birinci divizionda çıxış edən "Zaqatala" klubunun prezidenti Musa Qurbanov deyib. Qardaşı Qurban Qurbanovun milli komandadan istefaya göndərilməsi barədə fikir bildirmək istəməyən M.Qurbanov onun işini vicdanla gördüyünü söyləyib:

"Nəsə danışsam, birtərəfli olacaq. Yalnız onu deyə bilərəm ki, Qurban gecəsini gündüzünə qatıb həm millidə, həm də "Qarabağ"da işləyirdi. Elə olurdu, 1 həftə, 10 gün uşaqlarını görmürdü. Bir də onu bilirəm ki, Qurban başını aşağı salıb, vicdanla işini görürdü. İşinin nə dərəcədə alınıb-alınmadığı barədə nəsə deməyim yanlış olar".

Qeyd edək ki, Q.Qurbanov bir neçə gün öncə AFFA rəhbərliyinin qərarı ilə milli komandanın baş məşqçisi vəzifəsindən istefaya göndərilib. "Qarabağ"ı da çalışdıran mütəxəssislə 3 illik müqavilə bağlansa da, o, yığmanın sükanı arxasında cəmi 1 il işləyib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın