Delarjdan "Qarabağ"dan ayrılacağı xəbərinə münasibət

Delarjdan "Qarabağ"dan ayrılacağı xəbərinə münasibət
ÖLKƏ FUTBOLU 13 Dekabr 2018 / 11:12 5392
-  A +

"Qarabağ"ın yarımmüdafiəçisi Con Delarj qış fasiləsində komandadan ayrılacağı ilə bağlı xəbərlərə münasibət bildirib.

Konqolu futbolçu Qol.az-a qısa açıqlamasında hazırda əsas fikrinin komandada və bu gün Avropa Liqasının qrup mərhələsinin sonuncu - beşinci turunda "Arsenal"la keçiriləcək matçda olduğunu deyib:

"Mən bu barədə heç bir söz deməmişəm. Qarşıda "Arsenal"la oyunumuz var. Hazırda əsas fikrim komandada və bu matçdadır".

Qeyd edək ki, əldə etdiyimiz məlumata görə, Delarjın çıxışından narazı olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov afrikalı futbolçunun qışda göndərilməsini istəyib. Yarımmüdafiəçi Ağdam klubuna mövsümün əvvəlində 170 min avro qarşılığında "Bursaspor"dan keçmişdi.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı