"Bizi çətin və maraqlı 90 dəqiqə gözləyir" - Maksim Medvedev

"Bizi çətin və maraqlı 90 dəqiqə gözləyir" -  Maksim Medvedev
ÖLKƏ FUTBOLU 13 Dekabr 2018 / 01:45 1793
-  A +

"Rəqibi xüsusi təqdim etməyə ehtiyac yoxdur".

Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Maksim Medvedev  Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Arsenal"la keçiriləcək oyundan əvvəl mətbuat konfransında deyib.

Təcrübəli müdafiəçi  görüşün formal xarakter daşımasına baxmayaraq, 90 dəqiqə ən yaxşı oyunlarını sərgiləməyə çalışacaqlarını bildirib: "Bu görüş nəticə baxımından ola bilər ki, o qədər də əhəmiyyət daşımır. Buna baxmayaraq, çalışacağıaq ki, meydana çıxıb, əlimizdən gələnin ən yaxşısını edək. Bizi çətin və maraqlı 90 dəqiqə gözləyir".
 
Qeyd edək ki, Londondakı "Emirates" stadionunda keçiriləcək "Arsenal" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlanayaq.

Daha çox


Son xəbərlər