"Arsenal"dan Tahir Gözələ xatirə hədiyyəsi

"Arsenal"dan Tahir Gözələ xatirə hədiyyəsi
ÖLKƏ FUTBOLU 13 Dekabr 2018 / 01:00 2159
-  A +

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin son turunda bu gün "Arsenal"ın qonağı olacaq. 

Qol.az-ın  klubun feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, ötən gün oyunöncəsi klub rəsmiləri bir araya gəlib.

Rəsmi yeməkdə "Arsenal"ın CEO-su Çips Kezik "Qarabağ"ın vitse-prezidenti Tahir Gözələ xatirə hədiyyəsini təqdim edib.

Qeyd edək ki, "Emireyts" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Daha çox


Son xəbərlər