Qurban Qurbanov "Arsenal"la oyundan danışdı

Qurban Qurbanov "Arsenal"la oyundan danışdı
ÖLKƏ FUTBOLU 12 Dekabr 2018 / 23:34 3926
-  A +

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda səfərdə "Arsenal"la oyun öncəsi mətbuat konfransı keçirib.

Qol.az-ın Ağdam klubunun saytına istinadən yaydığı xəbərə görə, o, sabah yaxşı oyun göstərmək üçün meydana çıxacaqlarını deyib:

"Qrup mərhələsində sonuncu oyunumuzdur, rəqibimiz isə İngiltərənin köklü klublarından "Arsenal"dır və gücü hamıya bəllidir. Bilirik ki, rəqib bu mövsüm çox yaxşı nəticələr göstərir və İngiltərə nəhənglərindən biridir. Sabah da yaxşı oyun göstərmək üçün meydana çıxacağıq və çalışacağıq ki, ən yaxşı formada özümüzü göstərək".

Qeyd edək ki, "Arsenal" - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"