“Daha güclü qrupa düşə bilərdik” - Joze Alesio

“Daha güclü qrupa düşə bilərdik” - Joze Alesio
XƏBƏR 12 Dekabr 2018 / 19:30 3100
-  A +

“Slovakiyanın yaxşı futzal ənənələri var. Təxminən 3 il əvvəl Azərbaycan millisi bu komandaya qarşı oynayıb. Avropa çempionatının play-off mərhələsi çərçivəsində keçirilən qarşılaşmalar kifayət qədər çətin alınmışdı. 3:1 hesablı qələbə qazanılan oyunu televiziya vasitəsilə izləmişdim. Ancaq bu dəfə fərqli qarşılaşma olacaq. Çünki son 3-4 ildə onlar xeyli inkişaf ediblər. Müxtəlif turnirlərdə, rəsmi oyunlarda iştirak etməklə kifayət qədər təcrübə toplayıblar. Əlbəttə, çətin rəqibdir. Ancaq müqayisə aparsaq daha güclü qrupa düşə bilərdik".

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə,bu sözləri baş məşqçisi Joze Alesio da Silva final mərhələsi 2020-ci ildə Litvada təşkil ediləcək futzal üzrə dünya çempionatının ilkin və əsas mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

"İlkin mərhələnin H qrupundan Finlandiyanın əsas mərhələyə yüksələcəyini gözləyirəm. G qrupuna gəldikdə, yəqin ki, Niderland birinci yeri tutacaq. Estoniya və ya Bolqarıstanın ikini yeri tutacağı realdır.
Qrup oyunlarını Bakıda keçirəcəyik. Bunun üstünlükləri var. Azarkeş üstünlüyünə malik olacağıq, eyni zamanda bələd olduğumuz, hər gün məşq keçidyimi məkanda oyunlarımızı keçirəcəyik. Hansısa ölkəyə səfər etməyəcəyik və komandada yol yorğunluğu olmayacaq” - deyə o bildirib.

Qeyd edək ki, 3-cü qrupda yer alan millimiz  Slovakiya, həmçinin ilkin mərhələnin H qrupunun qalibi və G qrupunun ikincisi ilə mübarizə aparacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord