"Proyssen" Rüfəti seçmədi

"Proyssen" Rüfəti seçmədi
XƏBƏR 12 Dekabr 2018 / 18:47 3054
-  A +

Millimizin üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” 2018-ci ilin ən yaxşı komandası, futbolçusu, idmançısı və gənc idmançısı adına namizədləri açıqlayıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, siyahıda Münster təmsilçisinin bombardiri R. Dadaşovun adı yoxdur. Əvəzində isə orada futbol komandasından 30 yaşlı qapıçı Maksimilian Şults yer alıb. Ancaq azarkeşlər adı siyahıda olmayan başqa bir namizədi seçib, ona da səs vermək hüququna malikdirlər.

Səsvermə yanvarın 13-də yekunlaşacaq və həmin gün qaliblərin adları açıqlanacaq.

Qeyd edək ki, Rüfət 7 qolla “Proyssen”in ən sərrast futbolçusudur.

Son xəbərlər