Prosineçki ilin məşqçisi seçildi

Prosineçki ilin məşqçisi seçildi
DÜNYA FUTBOLU 12 Dekabr 2018 / 16:52 2851
-  A +

Milli komandamızın sabiq çalışdırıcısı Robert Prosineçki Bosniya və Herseqovinada ilin məşqçisi seçilib.

Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, xorvatiyalı mütəxəssis sözügedən ölkənin yığmasını UEFA Millətlər Liqasında final mərhələsinə çıxardığı üçün bu ada layiq görülüb. Komanda onun başçılığı altında bu turnirdə meydana çıxdığı 4 oyunun heç birində məğlub olmayıb.

Qeyd edək ki, Bosniya və Herseqovinada ilin ən yaxşılarının mükafatlandırılması mərasimi dekabrın 17-də keçiriləcək.

Xatırladaq ki, Prosineçki 2014-2017-ci illərdə milli komandamıza rəhbərlik edib.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi