Uels – Azərbaycan oyununun stadionu müəyyənləşdi

Uels – Azərbaycan oyununun stadionu müəyyənləşdi
XƏBƏR 12 Dekabr 2018 / 16:02 1891
-  A +

AÇ-2020-nin seçmə mərhələsinin 5-ci turunda keçiriləcək Uels – Azərbaycan oyununun stadionu müəyyənləşib.

Qol.az-ın Uels Futbol Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma “Kardiff Siti” arenasında olacaq. Ümumiyyətlə, britaniyalılar seçmə mərhələdəki bütün oyunlarını bu stadionda keçirəcək.

Gələn il sentyabrın 6-na nəzərdə tutulan Uels – Azərbaycan oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Qeyd edək ki, Uels millisi seçmə mərhələdə Azərbaycan, Xorvatiya, Slovakiya və Macarıstanla birgə E qrupunda yer alıb.

Daha çox


Son xəbərlər