Halldorssonun əlcəyi FİFA-nın muzeyində

Halldorssonun əlcəyi FİFA-nın muzeyində
DÜNYA FUTBOLU 12 Dekabr 2018 / 15:34 6848
-  A +

“Qarabağ”ın islandiyalı qapıçısı Hannes Halldorssonun əlcəyi FİFA-nın muzeyinə göndərilib.

Qol.az-ın məlumatına görə, bu barədə İslandiyanın “visir.is” saytı xəbər yayıb. İddiaya görə, DÇ-2018-in qrup mərhələsinin Argentina ilə oyununda Lionel Messinin penaltisini dəf edən 34 yaşlı qolkiperin həmin matçda geyindiyi əlcək bundan sonra ali futbol qurumunun muzeyində saxlanılacaq.

Mətbu orqan yazır ki, İslandiya hakimiyyəti o hadisədən sonra milli qəhrəman səviyyəsinə yüksələn Halldorssonun şərəfinə heykəl ucaltmağı planlaşdırır. Hətta ölkədə həmin gün anadan olan oğlan uşaqlarının demək olar ki, hamısına Hannes adı qoyulub:

“Halldorssonun həmin oyunda dünyanın ən yaxşı futbolçusunun penaltisini dəf etməsi İslandiya idmanının tarixinə önəmli hadisələrdən biri kimi düşüb. Bu, FİFA tərəfindən yüksək qiymətləndirilib və qurum ölkə futboluna dəstək  məqsədilə qolkiperin sözügedən matçda əlinə geyindiyi əlcəyi öz muzeyində saxlamağa qərar verib”.

Qeyd edək ki, Argentina ilə matçın 64-cü dəqiqəsində Messinin penaltisini qaytaran Halldorsson komandasının xal qazanmasında böyük rol oynamışdı.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın