Türk məşqçi Qurban Qurbanovu nümunə göstərdi

Türk məşqçi Qurban Qurbanovu nümunə göstərdi
XƏBƏR 12 Dekabr 2018 / 13:35 5481
-  A +

“Turan"ın sabiq baş məşqçisi Naci Şensoy Qurban Qurbanovun Azərbaycan millisindən göndərildikdən sonra AFFA-nın təzminatından imtina etməsinə münasibət bildirib.

Qol.az xəbər verir ki, türkiyəli mütəxəssis bu barədə sosial şəbəkədə paylaşım edib. O, Q.Qurbanovu türkiyəli məşqçilərə nümunə göstərib:

“Gerçək “təfərrüat”..!!! Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov vəzifəsindən ayrıldı. Bundan sonra Azərbaycan Futbol Federasiyasının ona təzminat təklif etməsinə: “'Mən Azərbaycan milli komandasını pul qarşılığında çalışdırmağa gəlmədim ki'' deyərək, təzminat almağı qəbul etmədi. Bizim özünə “milliyətçi” deyən məşqçilərimiz vardı ha... Ya da, ''bəli, komandanın rəhbərliyi ilə görüşdük” və o, komandayla görüşdükdən sonra “digər hər şey bir 'təfərrüatdır'' deyənlər ağlıma gəldi”.

Xatırladaq ki, N.Şensoy müxtəlif illərdə - 2002-2003, 2002-2005 və 2012-ci ildə “Turan"ın baş məşqçisi olub.

Son xəbərlər