"Barselona" 12 ildən sonra ilk dəfə

"Barselona" 12 ildən sonra ilk dəfə
DÜNYA FUTBOLU 12 Dekabr 2018 / 13:19 3818
-  A +

"Barselona" 12 il sonra Çempionlar Liqasında ilk dəfə öz oyun tərzini sərgiləyə bilməyib.

Qol.az xəbər verir ki, kataloniyalılar "Totenhem"lə matçda (1:1) rəqibi ilə müqayisədə topla az oynayıb. . Ernesto Valverdenin komandasının topa sahib olma faizi 49,8 olub.

London təmsilçisi Avropanın ən mötəbər klub turnirində 2006-cı  ildən bəri "Barsa"nı topa nəzarətdə geri qoyan ilk komanda olub.

Qeyd edək ki, İspaniya klubu qrup mərhələsini  lider olaraq başa vurub


Son xəbərlər