"Barselona” Dembeleni cərimələdi

"Barselona” Dembeleni cərimələdi
DÜNYA FUTBOLU 12 Dekabr 2018 / 11:44 2994
-  A +

"Barselona” futbolçusu Usman Dembeleni 100 min avro məbləğində cərimələyib.

Qol.az-ın "L Equipe” nəşrinə istinadən yaydığı  xəbərə görə, buna səbəb fransalı hücumçunun komandanın məşqinə gecikməsidir. O, La Liqanın 15-ci turunda "Espanyol"la oyundan sonrakı məşqə yatıb qaldığı üçün iki saat gecikib.

Dembele bundan əvvəl kompüter oyunları oynadığına görə komandanın məşqinə gec qatılıb.

Qeyd edək ki, U. Dembele Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Tottenhem"lə görüşdə (1:1) komandasının yeganə qolunun müəllifi olub.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"