"Qəbələ" kubok oyununa harada hazırlaşır?

"Qəbələ" kubok oyununa harada hazırlaşır?
XƏBƏR 12 Dekabr 2018 / 00:10 1103
-  A +

“Qəbələ” Azərbaycan kubokunun 1/4 final mərhələsinin hazırlığını davam etdirir.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” “Sabah”la ilk oyuna Bakıda hazırlaşır. XIV turun “Səbail”lə dekabrın 9-da keçirilən səfər matçından (0:0) sonra paytaxtda qalan komanda məşqlərini ara vermədən sürdürür.

Dünən bərpa edici hazırlıq keçən futbolçular bu gün meydanda məşq edib. Baş məşqçi Sənan Qurbanovun yetirmələri “Bakı” klubunun bazasında hazırlıq keçib. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər.

Xatırladaq ki, 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qəbələ” – “Sabah” oyunu dekabrın 16-da baş tutacaq. Qəbələ şəhər stadionundakı matç saat 14:00-da başlayacaq.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki