37 yaşlı hücumçu Messiyə çatdı

37 yaşlı hücumçu Messiyə çatdı
DÜNYA FUTBOLU 11 Dekabr 2018 / 19:38 4183
-  A +

“Atletik”in futbolçusu Aris Aduris İspaniya La Liqasının son turunda “Jirona” ilə keçirilən oyunda (1:0) vurduğu qolla  komandasına qələbə qazandırıb.

Qol.az xəbər verir ki, 37 yaşlı hücumçu bununla La Liqada ardıcıl 14 mövsümdə qol vurmağı bacaran 3-cü futbolçu olub. Bundan əvvəl “Barselona”dan Lionel Messi və “Real”dan Serxio Ramos ardıcıl 14 mövsümdə fərqlənən futbolçular idi.

Qeyd edək ki, "Atletik" La Liqada 15 turdan sonra 14 xalla 18-ci pillədə qərarlaşıb.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı