David Silva 3 həftə oynamayacaq

David Silva 3 həftə oynamayacaq
DÜNYA FUTBOLU 11 Dekabr 2018 / 19:00 1150
-  A +

“Mançester Siti”nin futbolçusu David Silva zədələnib.

Qol.az-ın “Sky Sports”a istinadən yaydığı xəbərə görə, ispaniyalı yarımmüdafiəçinin əzələsi dartılıb. Onun təxminən 3 həftə meydana çıxa bilməyəcəyi məlum olub.

Qeyd edək ki, 32 yaşlı futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 14 oyuna 5 qol vurub, 2 məhsuldar ötürmə edib.

Son xəbərlər