Sadio Mane "Napoli"yə qarşı oynayacaq? - Kloppdan açıqlama

Sadio Mane "Napoli"yə qarşı oynayacaq? - Kloppdan açıqlama
DÜNYA FUTBOLU 11 Dekabr 2018 / 16:10 1605
-  A +

"Liverpul"un futbolçusu Sadio Mane Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Napoli" ilə matçda oynaya biləcək.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə İngiltərə klubunun baş məşqçisi Yurgen Klopp məlumat verib. O deyib ki, zədədən sona bərpa olunmağa davam edən seneqallı hücumçu bu gecə keçirilən vacib görüşdə meydana çıxacaq: "O, ağrıya baxmayaraq, oynaya biləcək. "Bornmut"la qarşılaşmada bunu göstərdi".

Qeyd edək ki,"Liverpul" - "Napoli" görüşü  Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"