"Qarabağ" bu gün gedir

"Qarabağ" bu gün gedir
XƏBƏR 11 Dekabr 2018 / 13:58 1585
-  A +

Dekabrın 13-də Avropa Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunda "Arsenal"ın qonağı olacaq "Qarabağ" bu gün Londona gedəcək.

Qol.az-ın məlumatına görə, Ağdam klubu səfərə çarter reysi ilə yollanacaq. Komandanı aparan təyyarə saat 18:00-da havaya qalxacaq.

Baş məşqçi Qurban Qurbanovun dekabrın 12-nə nəzərdə tutulan oyunöncəsi mətbuat konfransı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Komandanın açıq məşqi isə 23:00-a təyin edilib.

Qeyd edək ki, Londondakı "Emireyts" stadionunda keçiriləcək "Arsenal" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 00:00-da start götürəcək. Bakıdakı matçda ingilislər 3:0 hesablı qələbə qazanmışdılar.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord