"Azərbaycan çempionatı daha populyardır" - seneqallı futbolçu

"Azərbaycan çempionatı daha populyardır" - seneqallı futbolçu
XƏBƏR 11 Dekabr 2018 / 13:07 2985
-  A +

"Neftçi" ilə 2 illik müqavilə bağladım. Məqsədim burada özümü daha da inkişaf etdirməldir".

Qol.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin yeni transferi Mamadu Mbodj deyib. Ölkəsinin mətbuatına danışan seneqallı müdafiəçi "ağ-qaralar"ı seçməsinin səbəbini açıqlayıb:

"Yeni klubum mənə Litva çempionatından daha yüksək liqa ilə bağlı maraqlı layihə təqdim etdi. Hazırda Bakıdayam. Komanda yoldaşlarımla bir-birimizi daha yaxşı tanımaq üçün "Neftçi"nin düşərgəsində məşq edirəm".

Son klubu "Jalqris" olan 25 yaşlı futbolçu Azərbaycan və Litva çempionatlarını da müqayisə edib: "Azərbaycan çempionatı Litva ilə müqayisədə daha populyardır. Böyük turnirlərdə oynamaq niyyətindəyik".

Qeyd edək ki, "Jalgiris”lə Litva çempionluğunu qazanan Mbodj müxtəlif illərdə "Dakar Sakre Kour” (Seneqal), "Srvena Zvezda” (Serbiya), "Napredak” (Serbiya) klublarında da çıxış edib. O, Seneqalın U-20 və U-23 milli komandalarında da oynayıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın