UEFA Çempionlar Liqasında ilin son oyunları başlayır. Bu gün və sabah keçiriləcək görüşlərlə turnirdə qrup mərhələsinə yekun vurulacaq və gələn fevralda pley-offda oynayacaq bütün komandaların adı dəqiqləşəcək. Bu axşam keçiriləcək 8 qarşılaşma arasında həlledici xarakterli oyunlar B və C qruplarının matçlarıdır.
Xüsusən "Enfild Roud"da keçiriləcək "Liverpul"-"Napoli" dueli böyük maraq doğurur. C qrupunun yeganə məğlubiyyətsiz komandası "Napoli" 9 xalla vahid liderdir. 3-cü sıradakı ingilislərə vəziyyəti 180 dərəcə dəyiçmək üçün sadəcə bu axşam qələbə lazımdır. Qalibiyyət "Liverpul"u azı 2-ci yerlə pley-offa çıxaracaq. Bir şərtlə ki, bu qələbə ya 1:0, ya da azı 2 top fərqiylə olmalıdır. 2:1, 3:2 və digər 1 top fərqli hesablar "Napoli"nin xeyrinə olacaq. Çünki, "Liverpul" bu görüşdə 2:1 və ya 3:2 hesablı qələbə qazansa, hər iki komandanın xalı bərabərləşəcək. Belədə aralarındakı oyunlar əsas göturüləcək. "Napoli" öz meydanında "Liverpul"a qol buraxmadan qalib gəldiyi üçün (1:0) səfərdə vurulan qollar italyanların işinə yarayacaq. Başqa variant da var. Əgər Belqradda sensasiya qeydə alınarsa - "Srvena Zvezda" PSJ-ni məğlub edərsə, onda "Napoli" uduzsa belə, "Liverpul"la birgə 1-2-ci yerləri bölüşdürüb, pley-offa vəsiqə qazanacaq. Amma PSJ-nin "Srvena Zvezda"ya uduzacağı o qədər də real görünmür.
Beləliklə, "Liverpul"la "Napoli"nin taleyi öz əllərindədir. İtalyanlar görüşə tam heyətlə - zədəsiz, diskvalifikasiyasız hazırdır. "Liverpul"da isə Oksleyd-Çemberlenin neçə aydır sürən müalicəsi davam edir. Müdafiənin mərkəzində zədəli Co Qomesin yoxluğu baş məşqçi Yurgen Kloppu narahat edir. Onun əvəvzləyicisi, xorvatiyalı Deyan Lovren də matça tam hazır deyil. Belə vəziyyətdə iddialı Kloppun təcrübəli strateq Karlo Ançellotiyə qarşı mübarizəsi maraqla gözlənilir. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru "Topaz"da bu qarşılaşmaya həm canlı, həm də "təkli" mərc edə bilərsiz. Əmsallar: "Liverpul"un qələbəsi 1.55, heç-heçə 3.80, "Napoli"nin qələbəsi 4.25.
B qrupunda "Barselona" qrup lideri kimi 18 finala vəsiqəni təmin etdiyindən "Tottenhem"lə oyunun nəticəsi onlar üçün formal xarakter daşıyır. İngilislər isə 2-ci sıranı əllərində saxlamaq üçün qalib gəlməlidir. Heç-heçə olacağı təqdirdə isə "İnter"in öz meydanında PSV qarşısında xal itirməsi lazımdır. PSV-nin qrupda heç bir iddiası qalmadığından "İnter"ə ciddi müqavimət göstərəcəyini əminliklə demək olmaz.
İndiyədək Eydhoven təmsilçisi ilə ÇL-fə keçirdiyi 3 matçın hamısında qalib gələn "neradzurra"nın bu axşam da qələbə qazanacağına inam böyükdür. "Nou Kamp"da qələbə qazanmaq məcburiyyətində qalan "Tottenhem" oyuna itkilərlə çıxacaq: Dembele, Sançes, Vanyama, Yansen, Trippyer və Lamela zədə səbəbindən matça hazır deyil. "Barsa"da isə Malkom, Umtiti, Samper, Rafinya heyətdə olmayacaq. Hər iki qarşılaşmaya "Topaz"da canlı və "təkl" mərc etmək olar. Əmsallar: "Barselona"nın qələbəsi 1.90, heç-heçə 3.75, "Tottenhem"in qələbəsi 3.30. "İnter"in qələbəsi 1.30, heç-heçə 4.40, PSV-nin qələbəsi 6.50.
Bu görüşlərdən başqa Çempionlar Liqasının axşamkı digər oyunlarına da "Topaz"da canlı və "təkli" mərc etmək mümkündür. Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya www.etopaz.az saytı vasitəsilə edə bilərsiz.
"Latsio"da yeni baş məşqçi
"Bakı Sportinq" - "Lerik" oyunundakı 5 qol - Video
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Tanınmış klubun 4 xalı silinir
"Şahdağ Qusar"ın qələbəsi - Video
Futboldan ömürlük uzaqlaşdırıldılar - AFFA-dan sərt qərar
Yassin Benzia 5 il yarımdan sonra milliyə çağırıldı
"Şahdağ Qusar" və "Bakı Sportinq"dən qələbə
"Neftçi" - "Spartak" matçının biletləri satışda
"Juninyonu "Qarabağ"da saxlamaqda çətinlik çəkəcəyik"
Azərbaycan millisinin oyunlarına hakim təyinatları açıqlandı
Lunyov Rusiya yığmasının düşərgəsinə qoşuldu
"Frayburq"da Ştrayx dövrü başa çatır
Ançelotti Arda Güleri təriflədi
İnfantino Türkiyə Superliqasındakı qalmaqaldan danışdı
"Neftçi" - "Spartak" oyununun saatı açıqlandı
"Turan Tovuz" - "Qarabağ" matçını nə qədər azarkeş izləyib?
Kovaçı Hasenhyüttl əvəzlədi
“Qarabağ”dan 21-ci əsrin rekordu
"Traktor" növbəti qələbə ilə 3-cü pilləyə yüksəldi
Coşqun oynadı, "Ümraniyespor" qələbə qazandı
"Bayer" seriyanı davam etdirdi, yeni rekorda imza atdı
"Mançester Yunayted” “Liverpul”u kubokdan kənarlaşdırdı
Rahilin komandasından heç-heçə
Musanın komandası finala yüksəldi
"Sabah"ın səfər qələbəsi - Video
"Bunu oturub, başbilənlər fikirləşməlidir" - Samir Abasov
Bəxtiyar Türkiyədə növbəti oyuna çıxdı
"Sabah" 2-ci pilləyə yüksəldi, "Qarabağ"dan qələbə
7 qol vuruldu, "Qalatasaray" qalib gəldi
"Turan Tovuz"un futbolçusunun burnu sınıb
"Qarabağ"ın qələbəsi - Video
İsgəndərli oynadı, "Boluspor" heç-heçə etdi
"Sumqayıt" - "Sabah": Heyətlər açıqlandı
Tovuzda stadion ağzınadək doldu - Video
AFFA-dan “İrəvan” klubu ilə bağlı qərar
"Mançester Siti"dən Edersona yeni müqavilə
U-17 millisi 4 qolla uduzdu