Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti “Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı zamanı “Ən yaxşı təqdimata” görə xüsusi təşəkkürnamə sertifikatına layiq görülüb.
Bu ilki sərgidə Bakcell stendinin qonaqları innovasiyalar və ən müasir texnologiyalar, rahat və müasir məhsul və xidmətlər və şirkətin son nailiyyətləri ilə tanış olub, bir çox maraqlı müsabiqə, oyun və hətta lotereyada iştirak etmək şansı qazanıblar.
“Bakutel 2018” zamanı Bakcell Azərbaycanda ilk dəfə olaraq “5G-yə hazırlıq” adlanan 4.5G texnologiyası üzərindən təmin olunan 600 Mbps mobil sürətini nümayiş etdirib.
Sərgidəki Bakcell stendini ziyarət edən qonaqlar innovasiya və texnologiyalarla yanaşı şirkətin yeni istifadəyə verilmiş “Mənim Bakcellim” mobil tətbiqetməsi ilə tanış olmaq və xüsusi lotereyada iştirak edib dəyərli hədiyyələr qazanmaq imkanı əldə ediblər. Həmçinin, Bakcell stendində gənc yerli developerlər tərəfindən “AppLab” inkubasiya mərkəzinin dəstəyilə yaradılmış 2 yeni layihə - –“Run2Help” və “bilik.az” təqdim olunub. Stendin “Wi-Fi Evinizdə” guşəsində isə sərgi ziyarətçiləri “Bakcell”in yeni təqdim olunmuş Wi-Fi qurğusunun üstünlükləri ilə tanış olub, ölkənin ən sürətli 4G internetindən istifadə etmək və “Virtuall Realliq” proqramında futbol oynamaq imkanı qazanıblar. Bundan əlavə, stendin qonaqları “Ulduzum” loyallıq proqramına aid labirint oyununda iştirak edərək “Ulduzum” tərəfdaşlarından maraqlı hədiyyələr qazanıblar.
“Bakcell”in “Bakutel 2018” sərgisində iştirakı ilə bağlı hazırlanmış videoçarxa burada baxa bilərsiniz:
Unikal, innovativ və maraqlı məzmun sayəsində Bakcell şirkətinin stendi “Ən yaxşı təqdimat”a görə “BakuTel-2018” sərgisinin təşkilatçısı Caspian Event Organizers (CEO) şirkəti tərəfindən xüsusi təşəkkürnamə sertifikatı ilə təltif olunub.
"Sabah"ın U-13 komandası İtaliyaya yollanır
Saatlıda 4 qol vuruldu - Video
"Qarabağ"a qarşı bu dəfə fərqli çıxış etmək istəyirik"
Tonali mərc oyunlarında 50 qayda pozuntusunda ittiham olunur
Liderdən "İrəvan"a 3 cavabsız qol - Video
"Karvan" xal itirdi, "Araz Saatlı"dan darmadağın
Misli Premyer Liqasında 4 oyunun hakimləri bilindi
Dani Alveş ziyafət təşkil etdi
"Bavariya"ya rədd cavabı verdi
"Napoli" Xviça ilə yeni müqavilə imzalayır
"Neftçi"nin sabiq futbolçusu "Molde"də
"Bayer" hazırda dünyanın ən güclü komandasıdır”
"Neftçi" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq
"Borussiya" Terziçin qarşısına şərtlər qoydu
26 oyunda 31 qol - Video
"Qarabağ" sabah 11-ci çempionluğu rəsmiləşdirə bilər
"Neftçi"nin legionerinin zədəsi sağaldı
Gürcülər çox döşünə döyməsin, biz də monqollara qalib gəldik
Benzia “Puşkaş” mükafatına layiq görülə bilər - Video
Qrizmann qayıtdı
"Real" üç futbolçusu ilə razılaşdı
Xavi jurnalisti məhkəməyə verdi
PSJ-nin iki futbolçusu zədəsini sağaltdı