Millimizdə mətbuat xidməti ləğv olundu

Millimizdə mətbuat xidməti ləğv olundu
XƏBƏR 10 Dekabr 2018 / 15:06 3710
-  A +

Qurban Qurbanovun gedişindən sonra milli komandanın mətbuat xidmətinin də fəaliyyətinə son qoyulub.

Qol.az-ın xəbərinə görə, bu barədə AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla “Azərbaycan radiosu"na açıqlamasında məlumat verib. Federasiya rəsmisinin sözlərinə görə, bundan sonra milli komandanın mətbuat xidməti olmayacaq. Əvvəllər olduğu kimi, yığmada bu işi AFFA-nın mətbuat xidməti yerinə yetirəcək.

Qeyd edək ki, milli komandada mətbuat xidmətinin yaradılması Qurban Qurbanovun istəyi ilə olmuşdu. Yığmanın mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu idi. O, əvvəllər “Zirə” klubunda eyni vəzifəni daşıyırdı.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı