La Liqanın autsayderi baş məşqçisini göndərdi

La Liqanın autsayderi baş məşqçisini göndərdi
DÜNYA FUTBOLU 10 Dekabr 2018 / 14:58 1431
-  A +

İspaniyanın "Vilyarreal" klubu baş məşqçisi Xavyer Kalyexa ilə yollarını ayırıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 40 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib. Komandanın bu mövsüm uğursuz çıxışı Kalyexanın göndərilməsinə səbəb olub.

Qeyd edək ki, ispaniyalı məşqçi ötən iilin sentyabrından "Vilyarreal"a rəhbərlik edirdi. Komanda hazırda La Liqasda 15 turdan sonra 14 xalla 17-ci pillədədir.  


Son xəbərlər