Donnarumma A Seriyasının tarixinə düşdü

Donnarumma A Seriyasının tarixinə düşdü
DÜNYA FUTBOLU 10 Dekabr 2018 / 13:57 2570
-  A +

“Milan”ın qapıçısı Canluici Donnarumma İtaliya A Seriyası tarixinə düşüb.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, 15-ci turda “Torino” ilə keçirilən matçda da qapını qoruyan Donnarumma, A Seriyasında ardıcıl 121-ci oyununa çıxıb.

Sözügedən qarşılaşmada sona qədər meydanda qalan 19 yaşlı qolkiper, 100 oyun əvəzlənmədən meydanda olan ilk qapıçı kimi A Seriyasının tarixinə düşüb.

Qeyd edək ki, “Milan” - “Torino” matçı qolsuz bərabərliklə başa çatıb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı