"Milan" "Torino" ilə bacarmadı

"Milan" "Torino" ilə bacarmadı
DÜNYA FUTBOLU 10 Dekabr 2018 / 02:10 2134
-  A +

İtaliya A Seriyasında 15-ci tura yekun vurulub.

Qol.az-ın məlumatına görə,son oyun günündə 6 qarşılaşma baş tutub. “Sassuolo” – “Fiorentina” (3:3), “Parma” – “Kyevo” (1:1) və “Cenoa” – SPAL (1:1) görüşlərində qalib müəyyənləşməyib.

“Empoli” – “Bolonya” matçında meydan sahibləri 2:1, “Udineze” – “Atalanta” oyununda isə qonaqlar 3:1 hesabı ilə qalib gəliblər.

Turun son oyununda “Milan” doğma meydanda “Torino”nu qəbul edib və rəqibin müqavimətini qırabilməyib – 0:0.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 43 xalla “Yuventus” başçılıq edir. “Napoli” 35 xalla 2-ci, 29 xalı olan “İnter” üçüncüdür. “Milan”ın isə 26 xalı var və 4-cü sırada qərarlaşıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord