"Fənərbaxça" yenə uduzdu - autsayder oldu

"Fənərbaxça" yenə uduzdu - autsayder oldu
DÜNYA FUTBOLU 10 Dekabr 2018 / 01:33 3580
-  A +

Türkiyə Superliqasında 15-ci turun matçları davam edir.

Qol.az-ın məlumatına görə, ikinci oyun günündə daha 3 görüş keçirilib. "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçin çıxış etdiyi "Erzurumspor" doğma azarkeşləri önündə "Malatyaspor"a 1:3 hesabı ilə uduzub. "Bursaspor" isə evdə "Antalyaspor"a məğlub olub - 0:2.

Günün son oyununda isə "Fənərbaxça" səfərdə "Akhisar"a uduzub. İstanbul təmsilçisinin qapısından qolları Ceremi Bokila (26), Elvis Manu (82)  və Adrien Reqattin (90) keçiriblər. "Bülbüllər" bu nəticədən sonra autsayderlər qrupuna düşüb. Hazırda komanda 14 xalla 18 komanda arasında 16-cı pillədədir.

Tura sabah keçiriləcək "Kasımpaşa" - "Kayserispor" və "Ankaragücü" - "Başakşəhər" matçları ilə yekun vurulacaq.

Qeyd edək ki, hazırda turnir cədvəlinin zirvəsində 30 xalla "Başakşəhər" yer alır. 26 xala malik "Kasımpaşa" və "Antalyapor" isə ikinci-üçüncü yerləri bölüşdürürlər. Onlardan 1 xal az toplayan "Beşiktaş" isə 4-cüdür.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı