"Ehtiyatda qalmağıma səbəb Mirabdulladır" - Karikari

"Ehtiyatda qalmağıma səbəb Mirabdulladır" -  Karikari
ÖLKƏ FUTBOLU 9 Dekabr 2018 / 22:56 4039
-  A +

"Neftçi"nin  hücumçusu Kvame Karikari Topaz Premyer Liqanın 14-cü turunda evdə "Sumqayıt"la keçirilən oyundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. 

Qol.az xəbər verir ki, 26 yaşlı qanalı forvard öncə oyunla bağlı danışıb:

- Məncə, çox çətin oyun oldu. Biz əlimizdən gələni edirdik. İmkanlarımız oldu, bəxt üzümüzə gülmədi. Qələbə üçün əlimizdən gələni etdik.
 
- “Sumqayıt” oyuna 5 müdafiəçi ilə başladı. Matçın gedişində isə 7 müdafiəçi ilə oynadılar. Buna münasibətin necədir?

- Düz vurğuladınız. Biz bu gün xal itirdik. Lakin müsbət tərəflərə də baxmalıyıq. Bir xal qazanmışıq, növbəti oyunları düşünməliyik.
 
- “Neftçi”yə böyük ümidlərlər gətirilsən də, kölgədə qalmısan. Özünü göstərə bilmirsən. Bu gün də meydana daxil olandan sonra qol vura bilmədin. Problem nədədir?

- Bilirəm ki, “Neftçi”yə böyük ümidlərlələ gətirilmişəm. Çox çalışırdım ki, komandaya faydalı olum. Mən qol vurmalı idim, ancaq alınmadı. Oyuna məni buraxırlar ki, fəallıq edim. Bəlkə də mənə meydanda daha çox vaxt lazım idi ki, özümü göstərə bilim. Bəzi səbəblər də  var. Mirabdulla Abbasov bu mövsümü əla keçirir. Əsas hücumçu məhz odur. Bu gün mənim qol vurmağa imkanlarım da olmadı. Ehtiyat skamyada oturmağıma səbəb Mirabdulla Abbasovdur. O, mövsümü əla keçirir.
 
- “Balıkesirspor”da oynayanda daha çılğın idin. Ancaq “Neftçi”də çox həvəssiz görünürsən. Sanki könülsüz oynayırsan. Azərbaycan çempionatını bəyənmirsən, yoxsa burada istədiyin atmosferlə rastlaşmadın?

- Mənə vaxt lazımdır ki, özümü sübut edim. Türkiyədə atmosfer başqadır. Orada futbola fərqli cür yanaşılır. Burada mənə şans verilməlidir ki, özümü sübut edim. Ancaq mən istədiyim dəqiqələri ala bilmirəm. Arzuladığım qədər oynamıram.
 
- Belə davam etsə, “Neftçi”dən ayrıla bilərsən?

-  Mən komandadan getmək istəmirəm. “Neftçi”də iz qoymaq istəyirəm. Öz oyunçu keyfiyyətlərimi itirməmişəm. Özümü sübut etmək istəyirəm.
 
- “Qarabağ”la xal fərqi artıq üç oldu.


- Biz vuruşmalıyıq, oyunumuzu göstərməliyik. Xal üstünlüyümüzü geri qaytarmalıyıq. Əgər çalışsaq, əminəm ki, bizdə hər şey alınacaq.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki