"İstəmirdim ki, futbolçuların zəhməti hədər getsin" - Ayxan Abbasov

"İstəmirdim ki, futbolçuların zəhməti hədər getsin" -  Ayxan Abbasov
ÖLKƏ FUTBOLU 9 Dekabr 2018 / 21:53 2085
-  A +

"İlin son oyunu idi. Xalla ayrılmaq istəyirdik. Futbolçular əzmkarlıq göstərdilər. Oyunçularımdan son matçlarda razıyam. Məşqlərdəki performansı oyunlarda da davam etdirirlər. Uşaqlara bildirdim ki, bu tempi saxlamaq lazımdır. Bir xal bizim üçün bu gün uğurdur. Rəqibi yaxşı analiz etmişdik. Lider komandadır. Üstünlükləri var. İlk dəqiqələrdə əks-hücumlar zamanı qol vura bilərdik".

Qol.az-ın məlumatına görə, bu sözləri  "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqanın 14-cü turunda səfərdə "Neftçi" ilə heç-heçə etdikləri oyundan (0:0) sonra keçirilən mətbuat konfransında deyib. O, son dəqiqələrdə sistemdə dəyişiklik etdiyini söyləyib:

"Son dəqiqələrdə sistemi dəyişdik. Ümumilikdə 4-lü müdafiə ilə oynadıq. Arif Daşdəmirov sağ yarımmüdafiəçi kimi oynadı. Bəzən 6 müdafiəçi olurduq. "Neftçi" ikinci hücumçunu buraxmışdı, bütün qüvvə ilə irəli atılmışdı. İstəmirdim ki, futbolçuların zəhməti hədər getsin. Müdaxilə etməli idim. Railin iki epizoddakı düzgün oyunu ilə gördük ki, doğru addım atmışam".

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı